Sərvəti yenə rekord qırdı

serveti-yene-rekord-qirdi
Oxunma sayı: 3487

ABŞ-ın “Amazon” şirkətinin təsisçisi Ceff Bezosun sərvəti 211 milyard dollara çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin hesablamalarına görə, iyulun 6-da birjada ticarətin nəticələrinə əsasən, Bezosun aktivlərinin ümumi dəyəri 8,44 milyard dollar artaraq 211 milyard dollar təşkil edib. Bildirilir ki, bu məbləğ nə vaxtsa bu reytinqdə yer alan biznesmenlər üçün rekord göstərici hesab olunur.

Qeyd edək ki, bundan daha öncəki rekord göstərici yanvar ayında qeydə alınmışdı. Bu zaman “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Maskın sərvəti 210 milyard dollara çatmışdı. Son aylar bu məbləğ 181 milyard dollara qədər enib.

Xatırladaq ki, Ceff Bezos iyulun 6-da şirkətin internet-riteylerin baş icraçı direktoru vəzifəsindən gedib.