Sərxan qızları öpüb-qucaqladı, tənqid olundu - Video

serxan-qizlari-opub-qucaqladi-tenqid-olundu
Oxunma sayı: 2546

Aparıcı-aktyor Sərxan Kərəmoğlunun sosial şəbəkədə müzakirələrə səbəb olan videosu yayılıb.  “Qafqazinfo” xəbər verir ki, görüntülər aparıcının “Maşın” realiti şousunun iştirakçıları ilə görüş zamanı lentə alınıb. 

Videoda görünür ki, Sərxan gənc ifaçılar Dilarə Kazımova və Səmra Rəhimli ilə səmimi bir şəkildə qucaqlaşır, onları öpür. Daha sonra o, “Oğullar var ki, 50 qonaqlıq verərlər, ancaq belə cənnətə düşə bilməzlər”- deyə qeyd edib. 

Kərəmoğlunun bu addımı və söylədiyi fikirlər isə instaqram istifadəçilərinin narazılığına səbəb olub.  Onlar aparıcını tənqid atəşinə tutaraq ünvanına ağır sözlər qeyd ediblər.