Serxio Ramos “Real”dan rəsmən ayrıldı

serxio-ramos-realdan-resmen-ayrildi
Oxunma sayı: 2742

Serxio Ramos İspaniyanın "Real" klubundan ayrılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu ilə başa çatan müqavilə yenilənməyib.

Məlumatda bildirilib ki, sabah klubu prezidenti Florentino Perezin də iştirakı ilə təcrübəli müdafiəçinin mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Ramos 2005-ci ildən "Real"da çıxış edir.