Serxio Ramos “Barselona”nın müdafiəçisi Xerard Pikenin “Real” – “Bavariya” matçından sonra şəxsi "twitter" səhifəsində etdiyi paylaşımına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu matçın baş hakimi Viktor Kaşşainin səhvləri nəticəsində “Real”ın qələbə qazandığına işarə vuraraq, səhifəsində yalnız üç nöqtə qoymaqla fikayətlənib.
“Real”ın kapitanının isə məsələyə reaksiyası belə olub: “Pikenin yenidən PSJ ilə matçın videoyazısına baxması lazımdı. Görək, onda deyəcəkmi hakim “Barselona”ya “işlədi”? Gəlin, “Barselona”nın “Yuventus”la cavab matçını gözləyək, görək nələr olacaq? Hamı qərarları qəbul etməlidir. Ancaq mən videotəkarın tətbiq edilməsinin tərəfdarıyam".
Son xəbərlər
Son Xəbərlər