Sərxoş halda 12 yaşlı qıza seksual hərəkətlər edib...

serxos-halda-12-yasli-qiza-seksual-hereketler-edib
Oxunma sayı: 2348

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 12 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Seyran Şahgəldiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevin icraatında olan prosesdə məhkəmə istintaqı başa çatıb. 

Dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək S.Şahgəldiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə kollegiyasının hökmü ilə S.Şahgəldiyev 10 il müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, hadisə 2017-ci il fevralın 9-da Abşeron rayonu, Xırdalan şəhərində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verib. Sərxoş vəziyyətdə olan Seyran Şahgəldiyev məhəllədəki 12 yaşlı qızın arxasına düşüb. Binanın blokunda qızın sol ayağını tutaraq öpməyə başlayıb. Daha sonra qıza qarşı seksual xarakterli hərəkətlər edib. Yetkinlik yaşına çatmayan qız S.Şahgəldiyevi təpiklə vuraraq onun əlindən çıxıb və qaçaraq evə girib.