Sərxoş halda boğazını kəsdi

serxos-halda-bogazini-kesdi
Oxunma sayı: 1194

Tovuz rayon sakini boğazına kəsici alətlə xəsarət yetirib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayon sakini 1978-ci il təvəllüdlü Samir Məmmədov sərxoş vəziyyətdə boğazını kəsici alətlə kəsib. O dərhal Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.