Sonuncu dəfə “Ləkə” serialı ilə tamaşaçı qarşısına çıxan aktyor Burak Sevinç həbs olunub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb serial qəhrəmanının sərxoş halda avtomobil idarə etməsi və qəza törətməsidir.
Araşdırma zamanı B. Sevinçin 1, 28 promil spirtli içki qəbul etdiyi ortaya çıxıb. Onun barəsində nəqliyyat hərəkətini pozma maddəsi ilə cinayət işi açılıb.
Hakim qarşısına çıxan 35 yaşlı aktyor 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


Son xəbərlər
Son Xəbərlər