Sərxoş kişini maşın vurub öldürdü

serxos-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 1223

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəktədə olan "VAZ 2107" hələ ki, təxminən 50 yaşı olan Natiq Həsənovu vurub. Xəstəxanaya aparılarkən o, dünyasını dəyişib. 

İlkin məlumata görə, piyada sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli