Sərxoş kişini qatar vurdu

serxos-kisini-qatar-vurdu
Oxunma sayı: 1756

Ağstafada dəmir yol xətti ilə gedən kişini qatar vurub.

“Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Gürcüstan dəmir yol xəttinin rayonun Köçəsgər kəndi ərazisindən keçən hissəsində baş verib.

Xətt ilə hərəkət edən kənd sakini 1975-ci il təvəllüdlü Niyazi Məmmədovu yük qatarı vurub. Xəsarət alan kişi xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə N. Məmmədov hadisə vaxtı sərxoş olub.

Araşdırma aparılır.

Elmar Əli