Sərxoş oldu, havaya atəş açdı - Polis tutdu

serxos-oldu-havaya-ates-acdi
Oxunma sayı: 751

Havaya atəş açan Sumqayıt sakinindən ov tüfəngi götürülüb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, mayın 2-də Sumqayıt şəhəri Corat bağlar sahəsində şəhər sakini Məzahir Əliyev sərxoş halda ov tüfəngindən havaya 2 dəfə atəş açıb.

M.Əliyev Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ondan müvafiq sənədləri olan tüfəng götürülüb.