Sərxoş sürücü maşını ağaca çırpdı, ölən var - Fotolar

serxos-surucu-masini-agaca-cirpdi-olen-var
Oxunma sayı: 2565

Ötən gün Oğuz rayonu Qumlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb.  Qeyd olunub ki, rayonun Şirvanlı kənd sakini 1985-ci il təvəllüdlü Soltanov Seymur Məzahir oğlunun sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etdiyi “Toyota” markalı, 99-BY-294
dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ilə yanaşı avtomobildə sərxoş vəziyyətdə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Soltanov Elşən Səməd oğlu və 1984- cü il təvəllüdlü Çələbiyev Əhməd Vəliyəddin oğlu xəstəxanaya yerləşdiriliblər. 

Lakin Ə.Çələbiyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Oğuz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.