Xəzər rayonunda sərxoş sürücü yol qəzasına səbəb olub. Hadisə Buzovna qəsəbəsində baş verib.
“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü maşını yüksək sürətlə idarə edərkən idarəetməni itirib. Nəticədə “Mercedes” yol kənarında dayanan “KİA” markalı avtomobilə çırpılıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Qəza zamanı avtomobillərə ziyan dəysə də xəsarət alan olmayıb.
“Mercedes”in sürücüsü sərxoşluğun müayinə məntəqəsinə, avtomobillər isə cərimə meydançasına yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər