Səs toplamaq üçün bunu etdi - Video

ses-toplamaq-ucun-bunu-etdi
Oxunma sayı: 3703

Britaniyalı deputat Ed Dayvi seçkilərdə səs qazanmaq üçün “Hobbyhorsing” yarışlarında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Telekanalın məlumatına görə, Liberal Demokratların lideri Henli-on-Temzada seçki kampaniyasına belə başlayıb.

Qeyd edək ki, “Hobbyhorsing” oyuncaq at sürməyi simulyasiya edən xüsusi fiziki fəaliyyət növüdür. Həvəskarlar at başlı çubuqda - ata minirlər və atçılıq idmanı üçün xarakterik olan müxtəlif məşqləri yerinə yetirirlər: maneələrin üstündən tullanma və vaxta uyğun qaçış.