Səs toplasa da, heç kimi çıxarmadı

ses-toplasa-da-hec-kimi-cixarmadi
Oxunma sayı: 3630

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun 18-ci sürətinin 4-cü gününün sonunda heç bir iştirakçı tərk etməyib. 

"Qafqazinfo"nun məlumatına görə, 14 nəfərin mübarizə apardığı yarışmada Xalq artisti Fatma Mahmudova SMS səsverməsinə çıxarılıb. O, 64,73 faiz səslə şouda qalmağı bacarıb. Xalq artisti yarışmadan heç kimi uzaqlaşdırmayıb. 

Xatırladaq ki, daha əvvəl reper Qurd qayda pozuntusuna görə, Xalq artisti Bilal Əliyev isə öz istəyi ilə şounu tərk edib. 

Qeyd edək ki, şouda mübarizəni bundan sonra aşıq Namiq Fərhadoğlu, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, Xalq artisti Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirəcəklər.