Səs verən Abdullah Güldən diqqət çəkən mesaj - Video

ses-veren-abdullah-gulden-diqqet-ceken-mesaj
Oxunma sayı: 6254

Türkiyənin 11-ci prezidenti Abdullah Gül də İstanbul bələdiyyə sədri seçkilərində səs verib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, xanımı Hayrünnisa Güllə Çibikluda 1145 nömrəli sandıqda səs verən Gülün ilk açıqlaması belə olub:

“Vətəndaşlıq vəzifəmizi yerinə yetirib səsimizi verdik. İnşallah, Türkiyə üçün xeyirlisi olar. Qarşımızda 4 il yarım qədər uzun bir yol var. İnşallah, hər şey gözəl olacaq, yaxşı olacaq”.