Səs verənlərin sayı 1 milyonu keçdi - Video

ses-verenlerin-sayi-1-milyonu-kecdi
Oxunma sayı: 2073

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər respublika üzrə 1457776 nəfər səs verib və seçici fəallığı 27,35 faiz olub. Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

Günel Türksoy

Nuran Məmmədov