Səs yığdı, amma istefa verdi

ses-yigdi-amma-istefa-verdi
Oxunma sayı: 1575


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, Torninq-Şmidtin partiyası hamıdan çox səs (26,3%) toplaması və parlamentdə 47 yer qazanmasına baxmayaraq hakimiyyəti itirib.

Parlament seçkiləri zamanı qaliblərdən biri Danimarkanın sağçı-populist Xalq Partiyası olub. Partiya səslərin 21,1%-ni və parlamentdə 37 yer əldə edib.

Lakin ehtimal edilir ki, hökuməti Lük Rasmussenin "Venstre" liberal-mühafizəkar partiyası formalaşdıracaq.