Səsi ilə münsifləri heyran qoydu, sevincindən ağladı - Video

sesi-ile-munsifleri-heyran-qoydu-sevincinden-agladi
Oxunma sayı: 4250

Ukrayna Əməkdar incəsənət xadimi, musiqi prodüseri Konstantin Meladzenin qızı Liya “The Voice” vokal şousunun Ukrayna versiyasında çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, 18 yaşlı Liya Meladze müsabiqənin “Görmədən dinləmələr” mərhələsində Leonardo Koenin “Hallelujah” mahnısını ifa edib. Qızın səsinə bütün münsiflər dönüb. Bunu görən gənc göz yaşlarına hakim ola bilməyib. Münsiflər Liyanın Konstantin Meladzenin qızı olduğundan xəbərsiz olduqlarını qeyd ediblər.

L. Meladze müsabiqədə iştirakını müğənni Nadejda Dorofeyevanın komandasında davam etdirəcək.

Konstantin Meladze və qızı Liya