Lor Hospitalda fəaliyyət göstərən Səs Mərkəzi Azərbaycanda səs göstəricilərinin hərtərəfli tibbi müayinəsi və səs xəstəliklərinin müalicəsi ilə bağlı ixtisaslaşmış ilk mərkəzdir. Mərkəz səsin yaxşılaşması üçün elmi, obyektiv, dəqiq diaqnostika-qiymətləndirməni təmin edir və səs problemlərinin qarşısını almağa çalışır.
Səs Mərkəzi ən müasir səs müayinə qurğuları ilə təchiz edilib. Klinikada kompyüterləşdirilmiş səs analiz aparatı, aerodinamik müayinə aparatı, endovideolarinqoskop, fibronazofarinqolarinqoskop mövcuddur. Həmçinin klinikada səs telləri hərəkətinin yüksək tezlikli çəkilişini təmin edən qurğuya malikdir. Mərkəz xüsusi proqram vasitəsilə pasiyentlərin müayinə və müalicəsini həyata keçirir. Beləliklə:
1. Mərkəz səs analizi və müayinəsini həyata keçirən Azərbaycanın ilk ixtisaslaşmış komanda şəklində fəaliyyət göstərən tibbi mərkəzdir.
2. Ən müasir diaqnostik avadanlıqlar vasitəsilə dəqiq səs müayinəsini həyata keçirir.
3. Səs diapazonu, tembr, musiqi duyumu, səs imkanlarını yoxlayaraq səs diaqrammı qurur və səs xəstəliklərinin əmələ gəlmə səbəblərini analiz edir və bunun proqnozunu verir. Bu proqramda iştirak mümkün xəstəliklərdən qaçmağa kömək edir.
4. Vokalistlər, müğənnilər, aktyorlar, jurnalistlər, diktorlar, aparacılar, müəllimlər, təlimçilər, siyasətçilər kimi səs istifadəçiləri üçün müntəzəm müayinə və qulluq proqramı həyata keçirir.
5. Səs problemlərinin aradan qaldırılması üçün xüsusi fizioterapevtik müalicə qurğuları istifadə olunur.
Səsin hərtərəfli müayinəsi
Səs Mərkəzi xüsusi “one stop xidməti”ni təmin edir. Müştəri xidməti kordinatorlar sizin zənglərinizi qəbul edir və konsultasiyanı təmin edirlər. Sizə uyğun olan zamana görüş təyin edə və klinikaya gələrək müayinə oluna bilərsiniz.
Pasiyentlərin səsini professional fəaliyyətində istifadə edən şəxlərin (teatr və musiqi məktəbləri tələbələri, gələcək vokalistlər, müğənnilər, xanəndələr, aktyorlar, radio və televiziya aparıcıları və b.) səs tellərinin kompleks müayinəsini həyata keçirir, səs göstəricilərinə elmi qiymət verir və xüsusi testlər vasitəsilə səs diapazonunu təyin edirlər. Erkən mərhələdə xəstəliyin aşkar olunması zamanı və inkişaf etməsinin qarşısının alınması üçün mərkəzdə səsə qulluq və onun qorunması üçün təlimlər keçirilir. Düzgün səs qiymətləndirməsi və idarəsi ilə peşəkar səs istifadəçiləri səslərini ən yüksək keyfiyyətdə və optimal vəziyyətdə saxlayırlar.
İxtisaslaşmış Tibbi Xidmətin Tək Ünvanı
Ünvan : Əhməd Rəcəbli küç 19K
Çağrı mərkəzi : *0111
Whatsapp dəstək : 0514770111
Səs mərkəzinin rəhbəri Dosent Dr.Ramil Həşimli
https://www.instagram.com/lor_hospital/
https://www.instagram.com/drramilhashimli/?utm_medium=copy_link
https://www.facebook.com/lorhospital.az
Son xəbərlər
Son Xəbərlər