Səslərin 97 faizi sayılıb - Netanyahu liderdir

seslerin-97-faizi-sayilib
Oxunma sayı: 780

İsraildə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 97 faizi hesablanıb.

“Qafqazinfo”nun məlumatına görə, nəticələrə əsasən, baş nazir Benyamin Netanyahunun rəhbəri olduğu “Likud” partiyası rəqib “Kahol-Lavan” blokunu üstələyib. Bununla da, “Netanyahu Knessetdə (parlament) 120 yerdən 65-ni qazanıb.

Netanyahu tərəfdaşları qarşısında çıxış edərək sağçı hökuməti formalaşdıracağın bəyan edib:

“Bu, sağçı hökumət olacaq. Lakin mən bütün İsrailin- sağçı və solçuların, yəhudi və qeyri-yəhudilərin baş naziri olmaq niyyətindəyəm. Hər şey hələ qabaqdadır, biz yekun nəticələri gözləməliyik”.