Sessiyanın sonuncu iclasıdır

sessiyanin-sonuncu-iclasidir
Oxunma sayı: 646

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iclasda 38 məsələ müzakirəyə çıxarılacaq. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında",  "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Dövlət qulluğu haqqında"  və.s qanunlarda  dəyişikliklər ediləcək.

Qeyd edək ki, iyun ayında parlamentin iki növbədənkənar iclası keçiriləcək. 

Günel Türksoy