Səsvermədə Paşinyanın partiyası liderlik edir - Yenilənib

sesvermede-pasinyanin-partiyasi-liderlik-edir
Oxunma sayı: 7793

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

MSK-nın məlumatına görə, hazırda Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası 58,04% səslə liderlik edir. İkinci yerdə 22,01% səslə Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb.

Üçüncü yerdə eks-prezident Serj Sarqsyanın “Şərəf duyuram” bloku (5,66%), dördüncü yerdə isə biznesmen Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasıdır.

***

Ermənistan MSK 360 seçki məntəqəsində səsvermənin nəticələrinə yekun vurub:

“Vətəndaş müqaviləsi” partiyası - 91431 (62.4%); “Şərəf duyuram” bloku - 6665 (4.5%); “Çiçəklənən Ermənistan” partiyası - 6531(4.5%); “Ermənistan” bloku - 25257 (17.2%).