Səsvermənin 15-ci turunda spiker seçildi

sesvermenin-15-ci-turunda-spiker-secildi
Oxunma sayı: 2337

ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçı lider Kevin Makkarti səsvermənin 15-ci turunda spiker seçilib.

“Qafqazinfo” xəbər verir ki, iclası Mərkəzi Amerika telekanalları yayımlayır.

Makkarti 216 səs toplayıb ki, bu da onun spiker seçilməsi üçün yetərli olub.

Qeyd edək ki, Nümayəndələr Palatasının spikeri vəzifəsi ABŞ dövlət iyerarxiyasında üçüncü yerdədir.