“Səsverməyə qatılanların sayı azdır”- - Türkiyəli səfir

sesvermeye-qatilanlarin-sayi-azdir-
Oxunma sayı: 988


“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib:
“Lakin bu göstəricinin yaxın saatlarda artacağına ümid edirik”.

Səfirin sözlərinə görə, bu seçkilər digər seçkilərdən fərqlənir , belə ki Türkiyə tarixində ilk dəfə olaraq xalq prezidenti seçir.
Səsvermədə Azərbaycanda yaşayan 15 536 Türkiyə vətəndaşından 6305-i iştirak edəcək. Onlardan 5611 nəfəri Bakıda, 291-i Naxçıvanda, 403-ü isə Gəncədə səs verəcək.

Prezident seçkilərinin ikinci turu keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq.