Səudiyyə Ərəbistanı 73 illik qadağanı ləğv edir?

seudiyye-erebistani-73-illik-qadagani-legv-edir
Oxunma sayı: 3358

Səudiyyə Ərəbistanının 2026-cı ilə qədər ölkənin 600 turizm bölgəsində spirtli içki qadağasını yumşaldacağı ilə bağlı xəbərlər yayılıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı ölkə rəsmilərindən biri sözügedən məlumatları təkzib edib.

“Səudiyyə Ərəbistanı rəsmisi qüvvədə olan spirtli içki qadağasının yumşaldılmayacağını açıqlayıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ərəbistanda spirtli içki satışı 73 ildir qadağandır.

Onu da əlavə edək ki, ölkə 2034-cü il Dünya Çempionatına ev sahibliyi edəcək.