Səudiyyə Ərəbistanı bir raket və dörd PUA vurdu

seudiyye-erebistani-bir-raket-ve-dord-pua-vurdu
Oxunma sayı: 1735

Husilərin Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cazan şəhərini hədəf alan bir ballistik raketi və dörd PUA-sı vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.

Səudiyyə Ərəbistanı liderliyindəki Ərəb koalisiya qüvvələri mülki şəxslərin və infrastrukturun qorunması üçün atılan addımların beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb.

Hələlik məsələ ilə bağlı Husilər hər hansı açıqlama verməyib.