Səudiyyə Ərəbistanı İran səfirini qovdu - 24 saat vaxt verildi

seudiyye-erebistani-iran-sefirini-qovdu
Oxunma sayı: 6031

Səudiyyə Ərəbistanı ölkəni tərk etmək üçün İran səfirinə 24 saat vaxt verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı Tehranda ölkənin səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına cavab olaraq İranla diplomatik əlaqələrin pozulması haqqında qərar qəbul etdi.

Qeyd edək ki, Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.