Səudiyyə Ərəbistanı vəliəhdi Şahzadə Bin Salman İspaniyaya səfəri zamanı döyüş gəmilərinin alınması ilə bağlı müqavilə imzalayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Şahzadə əvvəlcə İspaniya kralı Feliplə görüşüb. Daha sonra baş nazir Mariano Rajoy və müdafiə naziri Maria Dolores Cospedal ilə mətbuata qapalı müzakirələr aparıb.
Tərəflərin 2 milyard dəyərində 5 ədəd Avante 2200 tipli döyüş gəmisinin alınması barədə razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi İspaniyadan öncə Misir, ABŞ, Britaniya və Fransaya səfər etmişdi.
Son xəbərlər
Son Xəbərlər