Səudiyyə Ərəbistanı kanal çəkəcək - Qətər adaya çevriləcək + Fotolar

seudiyye-erebistani-kanal-cekecek
Oxunma sayı: 3011

Səudiyyə Ərəbistanı hökuməti turzimi inkişaf etdirmək üçün Salva şəhəri ilə Xavr Əl-Udayd bölgəsini kanal vasitəsilə birləşdirmək istəyir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, layihə baş tutarsa Qətərin yeganə quru əlaqəsi kəsiləcək və adaya çevriləcək.

Layihənin həyata keçirilməsi üçün 9 şirkətdən ibarət konsosiumun təşkil edilməsi nəzərdə tutulub.

Kanalın çəkiləcəyi ərazidə dağlıq bölgənin olmaması və şəraitinin uyğun olması səbəbindən layihənin reallaşması ehtimalı yüksək dəyərləndirilir. Kanalın ümumi uzunluğu 60 km, eni 200 m və dərinliyi isə 15-20 m olacaq.

Başlanğıc olaraq 750 milyon dollar investisiya qoyulacağı bildirilir.

Hələlik bu layihə ilə bağlı Qətər tərəfindən reaksiya bildirilməyib.