Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yerləşdirilib

seudiyye-erebistani-krali-xestexanaya-yerlesdirilib
Oxunma sayı: 1766

Səudiyyə Ərəbistanı Kralı  Salman ben Adbel Əiz əl-Səud xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo" Səudiyyə mətbuatına istinadən xəbər verir ki, Salman ben Adbel Əziz əl-Səud xəstəxanaya yerləşdirilərək lazımi müayinələr edildikdən sonra öd kisəsində iltihab diaqnozu qoyulub.

Yaranmış vəziyyət səbəbiylə, İraqın Baş naziri Mustafa əl-Kazıminin Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl yayılan şayiələrdə kral Salmanın koronavirus səbəbiylə xəstəxanaya yerləşdirildiyi iddia edilirdi.