Səudiyyə Ərəbistanı səfirliyimizə olan silahlı hücumu pislədi

seudiyye-erebistani-sefirliyimize-olan-silahli-hucumu-pisledi
Oxunma sayı: 1355

Səudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycanın səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir.

“Qafqazinfo” Səudiyyə Ərəbistanı Xəbər Agentliyinə istinadla xəbər ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayır ki, Krallıq Azərbaycan və onun dost xalqı ilə həmrəy olduğunu bildirir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmətlə yanaşmağa çağırır və günahkarların cəzalandırılmasını tələb edir.