“Səudiyyə Ərəbistanı OPEK+ razılaşmasını tərk etmir və neft istehsalını artırmayacaq”.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin energetika naziri Xalid əl-Falih jurnalistlərə açıqlamasında bildirib.
Eyni zamanda, siyasətçi İran neftinin əvəz olunması prosesi ilə bağlı sualları cavablandırmaq üçün istehlakçılarla görüşə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, aprelin 28-də ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və digər ölkələrin neft istehsalını artırmağa razı olduğunu bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər