Səudiyyə Ərəbistanı Ümrə ziyarətlərini dayandırdı

seudiyye-erebistani-umre-ziyaretlerini-dayandirdi
Oxunma sayı: 1942

Səudiyyə Ərəbistanı koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Ümrə ziyarətlərini müvəqqəti olaraq dayandırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu qərarın Həcc ziyarətlərinə necə təsir edəcəyi hələ ki, məlum deyil.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxma hallarının sayı 81 000-ə çataraq bütün qitələrə yayılıb.

Orxan Məmməd