Səudiyyə Ərəbistanına səyahət etmək istəyənlərin nəzərinə

seudiyye-erebistanina-seyahet-etmek-isteyenlerin-nezerine
Oxunma sayı: 2075

“Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısı Ciddəyə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

AZAL-dan “Qafqazinfo”ya verilən məlumata görə, bu uçuşlar noyabrın 25-dən etibarən həftədə bir dəfə, cümə axşamı günləri Airbus A319/Airbus A320 hava gəmilərində yerinə yetirəcək.

Aviabilet satışı aviaşirkətlərin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcıların akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Reyslərə yalnız COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Səudiyyə Ərəbistanına səyahəti planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar.