Səudiyyə Ərəbistanı ilə Yəmənin sərhədində "texniki nasazlıq" səbəbindən hərbi təyyarə qəzaya düşüb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Asir bölgəsində düşən təyyarədəki 2 pilot sağ qalıb. Koalisiya sözçüsü Turki əl-Maliki açıqlamasnda Kral Hava Qüvvələrinə məxsus Tornado tipli hərbi təyyarənin təlim zamanı texniki nasazlıq səbəbindən qəzaya düşdüyünü deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələri 2015-ci ildən uzun müddətdir siyasi böhranın hökm sürdüyü Yəmənə dəstək olur.
Son xəbərlər
Son Xəbərlər