Səudiyyə Ərəbistanında hərəkətə tam məhdudiyyət qoyuldu

Səudiyyə Ərəbistanında hərəkətə tam məhdudiyyət qoyuldu
Oxunma sayı: 2305

Mayın 22-dən etibarən Səudiyyə Ərəbistanında hərəkətə tam məhdudiyyət qoyulub. “Qafqazinfo” “Gazeta.ru”ya istinadən bildirir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Talal aş-Şalhub “Əl-Ərəbiyə” televiziyasının efirində deyib.  

Onun sözlərinə görə, asayiş orqanlarının əməkdaşları saat 17:00-dan etibarən Krallığın bütün şəhər və rayonlarında hərəkətin qadağan edilməsi ilə bağlı tədbirin həyata keçirilməsini izləməyə başlayıblar. Bu məhdudiyyət mayın 27-dək qüvvədə olacaq.

Ramazan ayının bitməsinin qeyd edildiyi beş gün ərzində ölkədə hərəkətin dayandırılmasına dair qərar koronavirusun sürətlə yayılması səbəbindən qəbul edilib. Son sutka ərzində Krallıqda 2 642 COVİD-19-a yoluxma halı aşkar edilib.