Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı artdı

seudiyye-erebistaninda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 2175

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 45 nəfərə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə Krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Daha əvvəl 21 yoluxma faktı barədə xəbər verilirdi.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada indiyədək 120 minə yaxın insan bu virusa yoluxub, 4 minə yaxın insan dünyasını dəyişib.