Səudiyyə Ərəbistanında leysandan iki gündə 12 nəfər ölüb

seudiyye-erebistaninda-leysandan-iki-gunde-12-nefer-olub
Oxunma sayı: 1108

Səudiyyə Ərəbistanında leysan yağışlarının qurbanlarının sayı son iki gündə 12 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə krallığın mülki müdafiə xidməti məlumat yayıb. Ölüm hallarından yeddisi Mədinədə, üçü Ciddədə, ikisi isə Hait əyalətində qeydə alınıb. 

Qeyd edək ki, ötən həftə sonundan bəri krallığın şimal və qərbindəki bir çox şəhərlərdə güclü yağışlar başlayıb. Yağış sularını təmizləmək üçün lazımi drenaj infrastrukturunun olmaması yollarda subasmalara səbəb olub. Hökumətin bu situasiyada hərəkətsizliyi səudiyyəlilərin qəzəbinə tuş gəlib.