Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə…

seudiyye-erebistaninda-qadinlar-ilk-defe
Oxunma sayı: 2243

Vəliəhd şahzadə Məhəmməd bin Salman rəhbərliyində bəzi yeni qərarlar alan Səudiyyə Ərəbistanında futbolda da yenilik olacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 12 yanvardan etibarən bu ölkədə keçirilən futbol matçlarına qadınların girişinə icazə veriləcək.

Məlumata görə, qadınlar ilk dəfə “Əl-Əhli” və “Əl-Bətin” arasında baş tutan oyunu stadionda izləyə biləcəklər.

Qeyd edək ki, vəliəhd daha öncə qadınlara avtomobil sürməyə icazə verən qanun qəbul etmişdi. Həmin qanun bu il qüvvəyə minəcək.