Səudiyyə Ərəbistanında Ramazanda məscidlər açılmayacaq

seudiyye-erebistaninda-ramazanda-mescidler-acilmayacaq
Oxunma sayı: 1695

Səudiyyə Ərəbistanı hökuməti koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlərə, o cümlədən məscidlərin ziyarətinə qoyulan məhdudiyyətləri davam etdirəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hətta aprelin sonunda başlayacaq müqəddəs Ramazan ayı boyunca da məscidlər açılmayacaq. Bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə nazirinin rəsmi nümayəndəsi Məhəmməd Əbül Əli bildirib.

Onun sözlərinə görə, pandemiya aradan qalxanadək məscidlərdə kütləvi yığıncaqlar keçirilməyəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 2605 nəfər koronavirusa yoluxub, 38 nəfər dünaysını dəyişib.