Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi ABŞ-ın jurnalist Camal Kaşıkçının qətli ilə bağlı açıqladığı hesabata münasibət bildirib.
“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, XİN hesabatı qətiyyətlə rədd etdiklərini açıqlayıb.
“Konqresə təqdim olunan hesabat Krallığın rəhbərliyi haqqında yanlış məlumatlar ehtiva edir və qəbuledilməzdir.
Belə bir hesabatın krallığın bu iyrənc cinayəti qınadığı və rəhbərliyin bunun gələcəkdə təkrarlanmamasını təmin etmək üçün lazımi addımlar atdığı bir zamanda yayımlanmış olması çox məyusedicidir”, - XİN-dən ABŞ kəşfiyyatının hesabatına cavab olaraq bildirilib.
“Krallıq və ABŞ arasındakı əməkdaşlıq möhkəm təməllərə söykənir. Səudiyyə Ərəbistanı liderliyini, dominantlığını və məhkəmə müstəqillliyini hədəf alan hər hansı bir qərarı rədd edir”, - səudiyyəli rəsmilərə tətbiq olunan sanksiyaların da rədd edildiyi açıqlamada vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər