Səudiyyə Ərəbistanından “ağıllı Həcc kartı” tətbiqi

seudiyye-erebistanindan-agilli-hecc-karti-tetbiqi
Oxunma sayı: 1868

Səudiyyə Ərəbistanı hacı namizədlərinə bələdçilik və təşkilatçılıq kimi müxtəlif xidmətlər təqdim edəcək “ağıllı kart” tətbiqinin istifadəyə açıldığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SPA məlumat yayıb.

“Ağıllı kart” düşərgələrə giriş, nəqliyyat vasitələrindən istifadə, hotellərə giriş, ödəmə əməliyyatları, yolu tapa bilməyənlərə bələdçilik, düşərgələrə girişi yoxlamaq, toplanma və nəqliyyat vasitələrinin hərəkət vaxtı kimi hacı namizədlərinə təqdim edilən xidmətlərlə əlaqədardır.

Bu mövsümdə çıxarılması gözlənilən “ağıllı kart”ların sayı ilə bağlı məlumat verilməyib.