Səudiyyə Ərəbistanından qadınlarla bağlı daha bir ilk

seudiyye-erebistanindan-qadinlarla-bagli-daha-bir-ilk
Oxunma sayı: 2333

Son zamanlar qadınlarla bağlı bir sıra qadağaları ləğv edən Səudiyyə Ərəbistanında zərif cinsin nümayəndələrinə daha bir imtiyaz verilib.

“Qafqazinfo” xəbər verir ki, bundan sonra Səudiyyə Ərəbistanından olan qadınlar xarici ölkələrdəki səfirliklərdə yüksək vəzifədə çalışa biləcəklər.

Artıq ilk addım da atılıb. Belə ki, bu ölkənin Yaponiyadakı səfirliyinin Ticarət Ateşeleyinə Samar bint Mazin Saleh təyin olunub.

Bu barədə S.Ərəbistanı Ticarət və İnvestisiya naziri Məcid bin Abdulla el-Kasabi fərman imzalayıb. Sözügedən təyinatın nazirliyin qadınların fəallığını artırmağa istiqamətlənmiş addımlarından biri kimi göstərilib.