Səudiyyə indi də Livana hücuma hazırlaşır - Vəliəhd gizli görüş keçirib

seudiyye-indi-de-livana-hucuma-hazirlasir
Oxunma sayı: 1781

Səudiyyə Ərəbistanı krallığının vəliəhdi şahzadə Məhəmmdə bin Salman Yəməndən sonra Livana da hücum planı hazırlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl Əhbar” qəzeti məlumat yayıb.

İddialara görə, Salman Ər-Riyadda keçirdiyi gizli toplantıda xarici işlər naziri Adil əl Cübeyr, kəşfiyyat rəisi Xalid bin Əli bin Abdullah əl-Humeydan və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Görüşdə Suriyanın cənubundakı qurtuluş əməliyyatlarının gözlənilən nəticələri, həmçinin 3 ildir Yəmənə edilən hücumların S.Ərəbistanının ərəb və İslam dünyasındakı əks-təsirləri müzakirə edilib.

Məlumata görə, şahzadə Yəməndəki müharibənin Livana daşınmasını istəyib. İclasdan sonra S.Ərəbistanında Livana qarşı media müharibəsinə start verilib. Artıq Livanı təhdid edən məqalələr yayımlanmağa başlayıb.