“Səudiyyə İrandakı terrorçulara yardım edir” - İran XİN-i

seudiyye-irandaki-terrorculara-yardim-edir
Oxunma sayı: 852

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanını İranın şərqində yerləşən terrorçulara dəstək verməkdə ittiham edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zərif Osloda keçirilən mətbuat konfransında çıxışında deyib:

“Bizim əlimizdə olan kəşfiyyat məlumatlarına əsasən, Səudiyyə Ərəbistanı İranın şərq hissəsində, Bəlucistanda aktiv şəkildə terror qruplaşmalarına yardım edir”. 

Xatırladaq ki, iyunun 7-də 4 nəfərdən ibarət terror qrupu qadın paltarında İran parlamentinin binasına atəş açmışdı. Daha sonra onlardan biri intihar etmişdi.

Qeyd edək ki, Ər-Riyadla Tehran arasında ötən ilin dekabrından diplomatik əlaqələr kəsilib.