Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin Hudeydə şəhərinə hava zərbələri endirib.
“Qafqazinfo” xəbər verir ki, hücum zamanı əl-Dureyhim qəsəbəsində sərnişin avtobusu partlayıb.
Hadisə nəticəsində 31 nəfər ölüb. Onlardan 22-si uşaqdır.
Xatırladaq ki, 9 avqustda Səda şəhərinə edilən hücum zamanı isə 50 məktəbli öldürülmüşdü.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib. Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 50 min nəfərdən çoxdur. Ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox yəmənli evlərindən didərgin düşüb.
Son xəbərlər
Son Xəbərlər