Səudiyyədə 15 yaşınadək nikah qadağan ediləcək

seudiyyede-15-yasinadek-nikah-qadagan-edilecek
Oxunma sayı: 824

Səudiyyə Ərəbistanının məşvərət məclisi (Məclis əş-Şura) 15 yaşına çatmamaış yeniyetmələrin nikaha daxil olmalarının qadağan edilməsi tələbini irəli sürüb. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni qərar həm qızlara, həm də oğlanlara şamil ediləcək.

Qurum, həmçinin, 18 yaşına çatmış şəxslərin nikahının bağlanmasının xüsusi ixtisaslı məhkəmələrə həvalə edilməsinə razılıq verib.