Səudiyyədən gözlənilməz qərar - ““Mülayim” islama keçirik”

seudiyyeden-gozlenilmez-qerar
Oxunma sayı: 2718

Səudiyyə Ərəbistanı vəliəhdi gözlənilməz açıqlama ilə çıxış edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Məhəmməd bin Salman ölkələrinin “mülayim” islama keçid edəcəyini, ekstremizmi yox edəcəklərini bəyan edib. 

Bu barədə bin Salman paytaxt Riyadda konfransda çıxışı zamanı deyib: “Həyatımızın 30 ilini bu ifratçı düşüncələrlə mübarizəyə həsr edərək ziyan etməyəcəyik. Onları bu gün edəcəyik. Əvvəlki halımıza dönürük. Bütün dinlərə və dünyaya açıq olan mülayim bir islam ölkəsinə”.