Səudiyyənin baş müftisi - “Film və konsertlər əxlaqı pozur”

seudiyyenin-bas-muftisi
Oxunma sayı: 1842

Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz əl Şeyx qeyri-adi açıqlaması ilə müzakirə yaradıb.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, din adamı film və konsertlərin insan əıxlaqını pozduğunu bəyan edib.

“Ölkədə yayımlanan xarici filmlər Səudiyyə Ərəbistanı mədəniyyətini dəyişdirmək məqsədi daşıyır. Filmlərlə yanaşı konsertlər fərqli cinsiyyətlərin bir araya gəlməsi üçün bir üsuldur və bunun heç də müsbət tərəfləri yoxdur”, - deyə Əl-Şeyx bildirib.