Səudiyyənin Türkiyəyə qarşı boykotu rəsmiləşdi

seudiyyenin-turkiyeye-qarsi-boykotu-resmilesdi
Oxunma sayı: 5106

Səudiyyə Ərəbistanı Türkiyə istehsalı olan məhsulları boykot edib. “Qafqazinfo” xəbər verir ki, aylardır davam edən qeyri-rəsmi boykot verilən qərarla rəsmiləşib.

Bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb. Bildirilib ki, Ərəbistana ət məhsulları, bal, süd, yumurta kimi digər kənd təsərrüfatı məhsullarının rəsmi qaydada idxalı dayandırılıb.

Qeyd olunub ki, Ankara və Ər-Riyad münasibətlərinin gərginləşməsindən sonra belə bir addım atılıb.